Qadın şahmat yığmamız Olimpiada öncəsi bir pillə geriləyib
Xəbər verdiyimiz kimi sentyabrın 10-dan 23-dək Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın şahmatçılar arasında növbəti Umumdünya Şahmat Olimpiadası keçiriləcək. Olimpiya öncəsi FİDE (Beynəlxalq Şahmat Federasiyası) iştirakçı komandaların yeni reytinq cədvəlini elan edib. Heyəti Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və bu il qadınların şəxsi Avropa çempionatının qalibi olan Ülviyyə Fətəliyevadan ibarət olan qadın yığmamız 2402 xalla bir pillə geriləməklə 6-cı yerə düşüb. Hazırda qadın yığmamızı Hindistan (2467), Gürcüstan (2461), Polşa (2418), Çin (2414) və əlavə əmsallara görə Ukrayna (2402) qabaqlayır.
Heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Aydın Süleymanlı və Məhəmməd Muradlının cəmləşdiyi kişi millimiz isə 2654 xalla reytinq cədvəlində 15-cidir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.