Kişi basketol millimiz AÇ-ya məğlubiyyətlə başlayıb
Avstriyanın paytaxtı Vyanada kişi və qadınlar arasında 3x3 basketbolu üzrə sayca 9-cu olan Avropa çempionatı keçirilir. Xəbər verdiyimiz kimi, Köhnə Qitənin 12 millisinin 4 qrupda mübarizə apardığı bu çempionatda (həm kişilərin, həm də qadınların yarışında) Azərbaycan komandaları da iştirak edir. Dünən heyəti Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenxauer və Mersedes Uolkerden ibarət olan qadın yığmamız debüt etdiyi qitə çempionatının C qrupunda İspaniya və ev sahibi Avstriya komandası ilə qarşılaşıb. Paris-2024-də iştirak edən komandamız hər iki oyunda uduzaraq (12:20 və 7:21) mübarizəni dayandırıb.
Heyətində Amil Həmzəyev, Cordan Devis, Cəbrayıl Əkbərov və Endar Poladxanlinin yer aldığı və bu yarışlara üçüncü dəfə qatılan kişi yiqmamiz isə C qrupunda Hollandiya və Avstriya komandası ilə mübarizə aparacaq. Artıq yığma komandamız Hollandiyaya qarşı oyununu keçirib və 9:21 hesabla məğlub olub. Saat 19:15-də isə komandamız Avstriya ilə üzləşəcək.
Xatırladaq ki, kişi komandamız 2014 və 2022-də də analoji yarışda iştirak edib və üst-üstə 5 oyun keçirib. Bu iki çempionatda yalnız İtaliyanı udan komandamız Hollandiya, Sloveniya, Rumıniya və Belçikaya uduzub.
Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar mübarizəni avqustun 24-də 1/4 finaldan davam etdirəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.