"Araz-Naxçıvan" ÇL-yə darmadağın hesablı qələbəylə başlayıb
Avqustun 21-də futzal üzrə Çempionlar liqasının ilkin seçmə qrup mərhələsinin oyunlarına start verilib. Turnirin H qrupunda yer alan "Araz-Naxcivan" klubu ilk oyunda Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"la qarşılaşıb. Qeyd edək ki, İsveçin Uddevalla şəhərində baş tutan oyunda Azərbaycan çempionu rəqibini sözün əsil mənasında darmadağın edib - 7:1.
Naxçıvan təmsilçisi növbəti matçını avqustun 22-də Estoniya çempionu 'Silla"ya qarşı keçirəcək (saat 18:00).
Çempionumuz avqustun 24-də saat 16:00-da qrup mərhələsi son turu çərçivəsində yerli "Uddevalla" klubu ilə üzləşəcək.
Reqlamentə görə, qrup mərhələsinin qalibi elit raundda iştirak etmək hüququ qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.