İki yeniyetmə güləşçimiz dünya çempionu olub
Avqustun 19-da İordaniyanın Ammane şəhərində 17 yaşlı yeniyetmələr arasında startı verilən idman güləşi üzrə dünya çempionatı davam edir. Çempionatın üçüncü günü Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, iki yunan-Romaçımız bütün görüşlərini qələbə ilə başa vuraraq, dünya çempionu olub. Bunlardan Turan Daşdəmirov (51 kq) dalbadal ikinci dəfə dünya çempionu olmaqla ötən il qazandığı titulunu qoruyub. Ayxan Cavadov (60 kq) isə ilk dəfə dünya çempionu adını qazanıb. Bununla da yunan-Roma güləşi üzrə yığma komandamız dünya çempionatını ikisi qızıl, biri bürünc əyarlı olmaqla, 3 (2-0-1) medalla başa vurub.
Xatırladaq ki, çempionatın ikinci günü isə Əmrah Əmrahov (48 kq) bürünc medal qazanmışdı.
Çempionatın üçüncü günü (21 avqust) zərif cinsdən olan iki təmsilçimiz mübarizəyə qatılıb. Cutluyumuzdən Esra Məmmədli (49 kq) yarımfinala qədər irəliləyib. Lakin finala çıxışda bürüyüb. Avqustun 22-də o, bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Onunla eyni gündə döşək üzərinə çıxan Fidan Babayeva (57 kq) isə startdaca büdrəyərək çıxışını erkən dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.