Ermənistan ciddi təhlükə qarşısındadır
Rusiya prezidenti Vladimir Putinin Bakıya son səfəri Moskvanın regional proseslərə münasibətini nisbətən aydınlaşdırdı. Rusiyanın Cənubi Qafqazda yeni prioritetləri Ermənistan üçün kifayət qədər ciddi problemlər yarada bilər.
Fakt budur ki, Kreml uzun müddətdir ki, rəsmi İrəvana açıq və dolayı yolla mesajlar, xəbərdarlıqlar edir. Rusiyanın siyasi dairələri Ermənistana hərbi ittifaqın öhdəliklərini yerinə yetirməyin vacibliyini xatırlatmağa çalışıblar. Üstəlik, Paşinyana eyham vurulub ki, Rusiyaya xəyanət Ermənistana baha başa gələ bilər.
Ancaq Paşinyan hökuməti Kremldən göndərilən xəbərdarlıqlara az əhəmiyyət verdi. Əksinə, rəsmi İrəvan Qərb himayədarlarının sifarişi ilə Rusiya Federasiyası ilə körpüləri yandırmağa davam etməyi seçdi.
Son zamanlar Paşinyan hökuməti Rusiya ilə münasibətlərdə bütün “qırmızı xətləri” tamamilə keçərək Ermənistanda qeyri-qanuni ABŞ hərbi bazasının yaradılmasına icazə verib. Rəsmi İrəvanın ABŞ, Avropa İttifaqı və Fransanın xeyrinə fundamental seçim etdiyi aydındır.
Kremlə yaxın beyin mərkəzləri açıq şəkildə vurğulayırlar ki, Rusiya Cənubi Qafqazda yalnız Azərbaycana arxalana bilər. Onların qənaətinə görə, Azərbaycan hazırda Rusiyanın bu regionda ən etibarlı strateji tərəfdaşıdır. Bu baxımdan yaxın gələcəkdə Kreml Cənubi Qafqazda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, ticarət-iqtisadi əməkdaşlığa və strateji geoiqtisadi layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirmək niyyətindədir.
Maraqlıdır ki, Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Sergey Markov da prezident Vladimir Putinin Bakıya rəsmi səfərinin Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqinin dəyişməsi ilə bağlı tarixi hadisə olduğunu vurğulayıb. Yəni, rusiyalı politoloq regional müttəfiqin dəyişdiyini deyir, Azərbaycanın Cənubi Qafqazda yeni müttəfiq olduğunu vurğulayır. Bu o deməkdir ki, Kreml açıq-aşkar Ermənistandan müttəfiq kimi imtina edib.
Politoloq xatırladıb ki, Ermənistan son 30 ildə Rusiyanın Cənubi Qafqazda müttəfiqi olub. Lakin onun fikrincə, bu müttəfiqlik münasibətləri rəsmi İrəvanın Qərbə tərəf keçmək qərarına görə artıq iflasa uğrayıb.
Prezident Vladimir Putin Bakıda ilk dəfə olaraq vurğuladı ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hər cür dəstəyi verməyə hazırdır. Onun sözlərinə görə, Moskva yekun sülh sazişinin tezliklə imzalanması üçün vasitəçi kimi çıxış etməyə və danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Kreml isə dolayısı ilə siqnal verir ki, o, regional sülhdə tam maraqlıdır və bunu Ermənistanın sığındığı Qərb yox, Rusiya təmin edə bilər.
Bu arada Rusiyanın siyasi dairələri xəbərdarlıq edir ki, Ermənistan Qərbə yaxınlaşdıqca təhlükəsizlik problemləri daha da kəskinləşəcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Yerevanın KTMT-dən çıxması Ermənistanın milli təhlükəsizliyini zəiflədir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın sabitliyinin qarantı kimi KTMT və Rusiyaya alternativ yoxdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.