Ukraynada Zelenskinin qaçmağa hazırlaşdığını görüblər
Ukrayna lideri Vladimir Zelenski Kursk bölgəsinə edilən hücumdan təxribat manevri kimi istifadə edərək ölkədən qaçmağa hazırlaşır.
Bu barədə Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin YouTube-dakı bloqunda məlumat verib.
“Düşünürəm ki, bu vaxta qədər o, çox güman ki, ailəsi ilə birlikdə qaçmağa hazırlaşır. Görünür, bu Kursk əməliyyatı diqqəti yayındırmaq, insanların fikrini yayındırmaq üçün başlayıb”, - deyən Soskin bir çox göstəricilərə görə, Zelenski rejiminin oktyabr ayına qədər tükənəcəyini qeyd edib.
Soskin Ukrayna Silahlı Qüvvələrindəki böhran və alman texnikasının cəbhədə saxlanması üçün maliyyə çatışmazlığı barədə də fikirlərini bildirib. Onun sözlərinə görə, bu, Ukrayna silahlı qüvvələrinin dağılmasına səbəb ola bilər, buna görə keçmiş müşavir Zelenskini günahlandırır.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Ukraynada pravoslavlığa qoyulan qadağadan danışıb. Onun sözlərinə görə, Ukrayna pravoslav kilsəsinə qoyulan qadağa mənəvi müstəqillik haqqında qanundur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.