Türkiyədə deputatlar parlamentdə dava salıblar
Türkiyə parlamentində deputatlar arasında kütləvi dava olub. Hadisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Alpay Özalanın müxalifətdə olan Türkiyə İşçi Partiyasının (TİP) nümayəndəsi Əhməd Şikin üzünə vurması ilə başlayıb. Bu, Şıkın Türkiyə hakimiyyətinə qarşı kəskin tənqidindən sonra baş verib.
Sosial mediada yayılan video görüntülərdə Özalanın yıxılmadan əvvəl podiumun arxasında dayanan Şikə yumruq vurduğu görünür.
Bunun ardınca digər deputatlar arasında əlbəyaxa dava düşüb və bu, təxminən 20 dəqiqə davam edib. Nəticədə parlamentin döşəməsində qan ləkələri qalıb, lakin tədbir iştirakçılarından heç biri tibbi yardıma müraciət etməyib.
Ahmet Şik həm də yazıçı, jurnalist və prezident Rəcəb Tayyib Ərdoğanın ən sərt tənqidçilərindən biri kimi tanınır. 2016-cı ildə Türkiyə dövlətini təhqir etməkdə ittiham edilərək həbs edilib, 2018-ci ildə isə “terrora dəstək” ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.