"Sabah" AL-da mübarizəni dayandırıb
Dünən futbol üzrə UEFA Avropa liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" cavab oyunu çərçivəsində İrlandiyanın "Sent-Patriks Atletik" klubunu qəbul edib. Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da baş tutan və taleyi rumuniyali referi Martsel Birsana tapşırılan oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitib. Matçın taleyini həll edən yeganə qolun müəllifi 48-ci dəqiqədə Zakari Elbuzedi olub. Xatırladaq ki, bir həftə öncə keçirilən ilk oyunda da İrlandiya təmsilçisi eyni hesabla qalib gəlmişdi. Bu üzdən də hər iki oyunu qələbə ilə başa vuran "Sent-Patriks Atletik" klubu mərhələ aşıb. "Sabah" isə turnirlə vidalasib.
Bir məqamı da qeyd edək ki, matçın 27-ci dəqiqəsində Sofyan Şakla qırmızı kartla qovulandan sonra, "Sabah" meydanda qalan vaxtı bir nəfər azlıqda keçirib. Bu isə futbolda hər şey dəkfir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.