İsrail Qəzzada jurnalistləri qəsdən öldürür
Qəzzada jurnalistlərin digər peşə sahiblərinə nisbətən daha çox öldürülməsi İsrail ordusunun qəsdən media işçilərini hədəf aldığını göstərir.
Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) baş katibinin müavini Tim Douson bildirib.
Jurnalistlər arasında ölüm halları digər mülki peşələrin nümayəndələri ilə müqayisədə xeyli yüksəkdir. Qəzzəli jurnalistlərin 12%-dən çoxunun öldürüldüyünü nəzərə alsaq, bu, döyüşdə əsgər ölümləri ilə müqayisədə qeyri-adi yüksək göstəricidir.
Tim Douson qeyd edir ki, İsrailin hərəkətləri həm beynəlxalq humanitar hüququ, həm də müharibə qanunlarını pozur.
Münaqişə başlayandan bəri 100-dən çox jurnalist öldürülüb. Mənim hesablamalarıma görə, onların sayı 120-yə yaxın olub, bəziləri daha çox öldürülənlərdən danışır.
O, həmçinin qeyd edib ki, İsrail ordusu məqsədyönlü qətllər həyata keçirmək üçün Lavender, Gospell və Pegasus kimi qabaqcıl müşahidə və hədəfləmə sistemlərindən istifadə edə bilər.
“Biz bilirik ki, İsrail Müdafiə Qüvvələri insanları izləyə bilən və həmçinin çox konkret bir ünvana zərbə endirmək üçün pilotsuz təyyarələri proqramlaşdıra bilən çox mürəkkəb proqram təminatına malikdir”.
Federasiyanın baş katibinin müavini İsrail hakimiyyətinin Qəzzada fəaliyyət göstərən media ilə bağlı tətbiq etdiyi senzuranı da tənqid edib. Onun sözlərinə görə, bu cür siyasətlər “povestə nəzarət etmək” cəhdidir.
“İsrail xarici jurnalistləri Qəzzadan sıxışdırıb. Xarici jurnalistlər dəfələrlə İsrail hakimiyyətinə onların ölkəyə buraxılması üçün müraciət etsələr də, onlara rədd cavabı verilib. Biz bilirik ki, İsrail hökuməti davam edən münaqişəyə bir qədər fərqli baxan nəşrlər üçün “həyatı çətinləşdirib”.
Douson əlavə edib ki, Qətərin “Əl-Cəzirə” telekanalı İsraildən qovulan media arasındadır.
IFJ baş katibinin müavini Qəzza zolağında jurnalistlərə qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli beynəlxalq araşdırmanın aparılmasının vacibliyini bəyan edib.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində müxtəlif millətlərdən olan 168 media işçisi həlak olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.