Kiyev Kursk vilayətində “təhlükəsizlik zonası” yaratmaq istəyir
Kiyev Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin ərazisində “təhlükəsizlik zonası” yaradır.
Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib. Onun sözlərinə görə, məqsəd Ukrayna ilə sərhəd rayonlarını qorumaqdır. O, həmçinin humanitar yardıma ehtiyacı olan və Ukraynaya təxliyə olunmaq istəyən Kursk sakinləri üçün qaynar xəttin açıldığını elan edib.
Ölkə prezidenti Vladimir Zelenski öz növbəsində bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyat keçirməklə “strateji məqsədlərinə nail olur”. Eyni zamanda o, Qərb müttəfiqlərini Kiyevi silahla təmin etməyə çağırıb.
Ukrayna Prezidenti “Ukrayna pilotsuz təyyarələri lazım olduğu kimi işləyir. Amma elə şeylər var ki, təəssüf ki, təkcə dronlarla etmək mümkün deyil. Bizə başqa silah lazımdır. Biz tərəfdaşlarımızla uzunmüddətli perspektivdə Ukraynanın qələbəsini təmin edəcək uzunmüddətli həllər üzərində işləməyə davam edirik” deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.