İsrail Qəzza danışıqlarında iştirakını təsdiqləyib
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail nümayəndə heyətinin Qəzza zolağında atəşkəs və ötən il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumu zamanı əsir götürdüyü girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
Danışıqlar cümə axşamı Qətərin paytaxtı Dohada baş tutacaq. “Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin sabah Dohaya getməsini, həmçinin danışıqlar üçün mandatı təsdiqləyib”, - deyə məlumatda bildirilir.
İsrail mediasının daha əvvəl xəbər verdiyi kimi, Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea, Şin Bet təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar, həmçinin Netanyahunun müşavirləri və İsrail Müdafiə Qüvvələrinin nümayəndələri Dohaya gedəcəklər. AFP-nin mənbəyə istinadən yazdığına görə, toplantıda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də iştirak edəcək. Lakin HƏMAS nümayəndələrinin danışıqlarda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə deyib: “Qətərli tərəfdaşlarımız bizi əmin etdilər ki, HƏMAS-ın təmsil olunmasını təmin etmək üçün çalışırlar”. Reuters agentliyi mənbəyə istinadən xəbər verir ki, görüşdə İsrail, Qətər, ABŞ və Misir rəsmilərinin iştirak edəcəyi və vasitəçilər Dohadakı danışıqlardan sonra Həmas ilə məsləhətləşmələr aparmağı gözləyirlər.
Qətər, Misir və Birləşmiş Ştatlar keçən həftə İsrail və HƏMAS-ı “bütün qalan boşluqları aradan qaldırmaq və əlavə gecikmələr olmadan razılaşmanı həyata keçirməyə başlamaq üçün” Qəzzada atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.