9 yaşlı qızların evlənməsinə icazə verən qanuna etirazlar keçirilir
İraq parlamenti qızların nikah yaşını 9 yaşa endirən qanunu birinci oxunuşda qəbul edib. Oğlanlar üçün isə barı 15 yaşa endirmək istəyirlər. Qadın hüquqları müdafiəçiləri qanunun qızların zorlanmasını faktiki olaraq qanuniləşdirəcəyini bildiriblər.
Bununla əlaqədar Bağdad və ölkənin digər şəhərlərində küçələrdə etiraz aksiyaları başlayıb. Qanunun tərəfdarları etirazçıları “mənəvi tənəzzüldə” və “Qərb gündəminə əməl etməkdə” ittiham edirlər.
Artıq bir neçə ildir ki, İraqda parlamentdəki yerlərin əksəriyyətini şəriət əsasında bir neçə qanun qəbul edən şiə dini qrupları tutur. Bunlara ölkədə məcburi dini bayramların tətbiqi, qeyri-heteroseksual insanların cinayət məsuliyyətinə cəlb edilməsi və təcavüz edənin qurbanla evləndiyi təqdirdə cəzadan xilas olmasına imkan verən qanun daxildir. Qızların nikah yaşının 9 yaşa endirilməsi təşəbbüsü onunla izah oluna bilər ki, bir versiyaya görə, Məhəmməd peyğəmbər 9 yaşlı Aişə adlı qızla evlənib.
Qadın hüquqları müdafiəçiləri hesab edirlər ki, parlament vətəndaşların hüquq və azadlıqlarını müdafiə edənlərdən qorxduğu üçün mühafizəkar qanunlar qəbul edir. 2019-cu ildə ölkə boyu gənclərin hökumət əleyhinə etirazları başladı və hakimiyyət təkrarlanmamağa ümid edir.
“2019-cu ilin kütləvi etirazlarından sonra bu siyasi oyunçular qadınların cəmiyyətdəki rolunun güclənməyə başladığını gördülər. Onlar hiss edirdilər ki, feministlər, qadın təşkilatları, vətəndaş cəmiyyəti və fəal hərəkatlar onların güc və statusu üçün təhlükə yaradır. Və onları sıxışdırmağa başladılar”, - deyə İraqda yerləşən Aman Qadın Alyansının həmtəsisçisi Nadia Mahmud bildirib.
İndi parlamentin 25 üzvü qanun layihəsinə yenidən səsvermənin qarşısını almağa çalışır, lakin güclü müqavimətlə üzləşir.
“Bu qanunu dəstəkləyən kişi deputatlar soruşurlar ki, azyaşlı ilə ailə qurmağın nəyi pisdir? Onların düşüncəsi dar düşüncəlidir. Nəzərə almırlar ki, onlar insanların taleyini təyin edən qanunvericidirlər”, - deyə iraqlı millət vəkili Əliya Nassif bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.