Türkiyə xüsusi xidmət orqanları cinayətkar kiber şəbəkəni ifşa edib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiya etdiyi əməliyyat nəticəsində dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə şəxsi məlumatları oğurlayan cinayətkar kibercasus şəbəkəsi ifşa edilib.
Bu barədə Türkiyə təhlükəsizlik güclərindəki mənbələr məlumat verib.
Hücumçular daha da terror təşkilatlarına ötürmək məqsədi ilə minlərlə insanın məlumatlarını oğurlayıblar.
Əməliyyatda MİT ilə yanaşı, Ankara Baş Prokurorluğu, Jandarma Baş Komandanlığı və Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi (USOM) da iştirak edib.
Ümumilikdə 11 şübhəli saxlanılıb. Əməliyyat çərçivəsində qrupun bir çox internet saytları bloklanıb.
Məlum olub ki, xaricdə də “nümayəndələri” olan cinayətkar kiberşəbəkə bir çox ölkədən olan istifadəçilərdən aldığı şəxsi məlumatları sorğu edən hər kəsə, o cümlədən terror təşkilatlarına ötürür.
Hazırda məxfilik qaydalarına riayət olunmaqla istintaq davam etdirilir və toplanmış məlumatlar diqqətlə öyrənilir.
Qeyd olunub ki, Türkiyə kəşfiyyatı həm ölkə daxilində, həm də xaricdə kibercasusluğa qarşı əməliyyatların dairəsini genişləndirməyə davam edəcək.
Mənbələr MİT-in Türkiyənin milli təhlükəsizliyini təhdid edən bütün fəaliyyətlərə qarşı qətiyyətlə çəkindirici və qabaqlayıcı tədbirlər görməyə davam edəcəyini vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.