“İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrasturuktur təchizatları”
Respublika Elmi konfransı keçiriləcək
Çox dəyərli elm adamları, araşdırmaçılar və elmi mühitimizin imzaları hörmətlə qəbul olunan nümayəndələri. Sizlərlə çox müxtəlif elmi mövzuların, problemlərin və istiqamətlərin tədqiq olunmasından ibarət olan konfranslarda birlikdə iştirak etmişik.
Böyük qürurla, bizi bir yerə toplayacaq növbəti konfrans, 10-11 oktyabr 2024-cü il tarixində Qalib ölkənin inkişaf edən ali məktəbi Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
Respublika Elmi Konfransı, İxracyönlü səənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları mövzusunda olacaq.
Göründüyü kimi, olduqca aktual olan bu mövzunun araşdırılması və gəldiyimiz qənaətlə, daha bir səmərəli elmi nəticələr ortaya qoymaq fürsətimiz olacaq.
Konfrans, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuşdur.
Konfransın əsas məqsədi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının malik olduğu təbii, iqtisadi və coğrafi resursların düzgün qiymətləndirilməsi, onlardan davamlı makroiqtisadi inkişaf məqsədilə daha səmərəli istifadə olunması yollarını müəyyən edilməsindən ibarətdir. İqtisadi inkişafın indiki mərhələsində muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni keyfiyyət mərhələsinin başlanması səbəbindən daha səmərəli iqtisadi layihələrin həyata keçirilməsi proseslərinə başlanılmışdır ki, bu da, nəticə etibarı ilə, ölkənin milli iqtisadiyyatına dolğun qaydada inteqrasiya olunma məsələlərini aktuallaşdırmışdır.
Sizi 10-11 oktyabr 2024-cü il tarixlərində keçirəcəyimiz Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrasturuktur təchizatları” mövzusunda Respublika Elmi konfransına dəvət edirik.
Konfranla bağlı məlumatlar üçün posterdə qeyd olunan nömrələrlə əlaqə saxlamaq olar.
Qeydiyyat üçün keçid: https://industrycon24.ndu.edu.az
Cavadxan Qasımov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.