ABŞ Ədliyyə Nazirliyi "Google"u monopolist kimi tanıyıb
ABŞ Federal Məhkəməsi müəyyən edib ki, Google inhisarçıdır və özünü monopolist kimi aparır.
ABŞ-də inhisarçı kimi tanınan sonuncu texnologiya korporasiyası Microsoft olub. Bu, 1999-cu ildə baş verdi. İndi növbəti addım Amazon, Apple və Meta şirkətlərinə qarşı antiinhisar işləri üzrə qərarların qəbul edilməsidir. Və onların hamısı indi şirkətlərin parçalanması və müəssisələrin satışı da daxil olmaqla ciddi sanksiyalarla üzləşirlər.
Federal məhkəmə Donald Tramp administrasiyası tərəfindən 2020-ci ildə başlayan proseslərin altından xətt çəkdi. Sonra ABŞ-nin Ədliyyə Nazirliyi və 11 ştatın prokurorları tərəfindən "Google"a qarşı iddia qaldırıldı və onlar “Google-dan ABŞ-də internet axtarışı, axtarış reklamı və ümumi mətn axtarışı bazarlarında qeyri-qanuni monopoliya saxlamasının qarşısını almağı” tələb etdi.
Əsas şikayət Google internet axtarış sistemi ilə bağlı olub. İddiaçıların qeyd etdiyi kimi, Google axtarış xidmətinin yayılmasının ən effektiv üsulu onun mobil telefonlarda və kompüterlərdə əvvəlcədən quraşdırılması olub. Bunun üçün korporasiya illərdir distribyutorlara - Apple, LG, Samsung, Motorola, AT&T, T-Mobile, Verizon, Opera və s. "milyardlarla dollar" ödəyir ki, onlar Google axtarış sistemini defolt olaraq quraşdırsınlar. Məsələn, məhkəmə iclasları zamanı məlum oldu ki, Google 20 ildən artıqdır ki, Safari brauzerində reklamdan əldə etdiyi gəlirin 36%-ni "Apple"a verir. Hər iki korporasiya bu rəqəmin açıqlanması mümkün olmayan kommersiya sirri olduğunu təkid edirdi. Aydındır ki, "Google"un digər tərəfdaşlarla oxşar müqavilələri var idi.
Məhkəmə prosesi boyu Google məhkəməni inandırmağa çalışdı ki, onun axtarış sistemi əslində Amazon, TikTok və Reddit, həmçinin ChatGPT kimi chatbotlar tərəfindən ciddi rəqabətlə üzləşib. Axı onların köməyi ilə insanlar internetdə də məlumat axtarırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.