Ukrayna ABŞ-dən 3,9 milyard dollar qrant alıb
Ukraynanın baş naziri Denis Şmıqal öz Telegram kanalında Kiyevin Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar qrant aldığını bildirib.
Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb”, - deyə o yazıb.
Onun sözlərinə görə, bu, cari ildə ABŞ-dən birbaşa büdcə dəstəyinin ilk tranşıdır.
O qeyd edib ki, vəsait müəllim, həkim və xilasedicilərin maaşlarının ödənilməsinə yönəldiləcək. Həmçinin, Şmıqala görə, Kiyev 2024-cü ildə Vaşinqtondan 7,8 milyard dollar birbaşa büdcə yardımı almalıdır.
Bundan əvvəl Şmıqal bildirib ki, Kiyev sentyabrda Aİ-dən 4,1 milyard avroluq tranş gözləyir. Onun sözlərinə görə, Ukrayna “Ukraine Facility” proqramı üzrə 2024-cü ilin ikinci rübünün göstəricilərini uğurla yerinə yetirib və Avropa Komissiyasından müsbət qiymət alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.