Aİ Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini tanımır
Avropa İttifaqı Venesuelada keçirilən prezident seçkilərinin ölkənin Milli Seçki Şurasının (CNE) açıqladığı rəsmi nəticələri tanımır.
Avqustun 4-də Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrelin adından Avropa Şurasının saytında dərc edilmiş bəyanatda səsvermənin beynəlxalq standartlara uyğun təşkilində uyğunsuzluqlar qeyd olunur.
Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, Venesuela seçki komissiyası hələ də seçki məntəqələrindən Nikolas Maduronun qələbəsini təsdiq edən protokolları dərc etməyib. Lakin CNE onu ölkənin yenidən seçilmiş lideri elan edib.
Borrelin bəyanatında həmçinin göstərilib ki, müxalifət tərəfindən dərc edilmiş və müstəqil təşkilatlar tərəfindən nəzərdən keçirilən səsvermə qeydlərinin nüsxələri Edmundo Gonzalez Urrutia-nın əhəmiyyətli fərqlə qalib gəldiyini göstərir.
ABŞ rəsmi olaraq Qonzalesi seçkinin qalibi kimi tanıyıb. Dövlət katibi Antoni Blinken Venesuela hökumətini Venesuelanın seçki qanunlarına uyğun olaraq hakimiyyətin sülh yolu ilə keçidini müzakirə etməyə çağırıb.
Aİ beynəlxalq səviyyədə tanınmış bir qurum tərəfindən seçki qeydlərinin müstəqil nəzərdən keçirilməsinə çağırır və CNE-dən səsvermənin nəticələrinə dair sübut təqdim etməsini tələb edir.
Brüssel, ölkədə qanun pozuntuları və siyasi böhranla müşayiət olunan əvvəlki seçkiləri əsas gətirərək, Maduronun ardıcıl ikinci müddətə legitimliyini tanımır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.