İğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı yaralandı
Britaniya polisi hesab edir ki, Southport şəhərində baş verən iğtişaşların arxasında ifrat sağçı İngilis Müdafiə Liqası qruplaşması dayanır. Ehtimal olunur ki, iğtişaş iştirakçılarından bəziləri bu bölgənin sakinləri deyil.
Mersisayd Polis Federasiyasının sədri Kris Makqleyd iğtişaşları yatırarkən 50-dən çox zabitin yaralandığını bildirib.
Şimal-Qərb Təcili Yardım Xidməti X sosial mediada 27 polisin xəstəxanaya aparıldığını bildirib. Daha 12 polis əməkdaşına hadisə yerində təcili tibbi yardım göstərilib. Merisayd polisinin məlumatına görə, səkkiz zabit sınıqlar, kəsiklər və beyin silkələnməsi də daxil olmaqla ciddi xəsarətlər alıb. Digər xəsarət alan işçilər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Dünən, iyulun 30-da Sautportda iğtişaşlar baş verib. Onlara səbəb iyulun 29-da 17 yaşlı yeniyetmənin uşaq rəqs qrupuna hücumu olub. Hücum nəticəsində altı və yeddi yaşlı iki qız yerindəcə dünyasını dəyişib. Yeniyetmə tərəfindən güllələnən doqquz yaşlı qız daha sonra xəstəxanada dünyasını dəyişib.
Qatil hadisə yerində saxlanılıb. Onun motivləri haqqında hələ heç nə məlum deyil. Polisin məlumatına görə, hücum edən şəxs Uelsin Kardiff şəhərində anadan olub. Bununla belə, mətbuatda yeniyetmənin valideynlərinin ölkəyə köçmüş qaçqın olması ilə bağlı xəbərlər yayılıb. Polis hesab edir ki, bu, sağçı radikalları iğtişaşlara təhrik edə bilərdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.