22 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Prezident Elvin Fəttayevi təltif etdi

Prezident Elvin Fəttayevi təltif etdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
AZpress - ÖZƏL DÖVLƏTÇİLİK TARİXİ

Ulu Öndər və Azərbaycanda dövlət dilinin təsbiti

10 ay əvvəl 1215 01

Ulu Öndər və Azərbaycanda dövlət dilinin təsbiti

“Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Ulu Öndər Heydər Əliyev

Uzun illər çətin sınaqlara məruz qalmasına rəğmən ana dilimizin bugünkü inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır, desək yanılmarıq.

Ötən əsrin 70-ci illərinin əvvəllərindən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, xüsusilə ana dilimizin inkişafı və saflığının qorunması yönümündə Ümummilli Liderin xidməti əvəzsizdir. Dahi şəxsiyyət bilirdi ki, ana dili hər bir xalqın varlığını, əbədiyaşarlığını, tarix və mədəniyyətini təsdiq edən başlıca amil, ən qiymətli milli sərvətidir. Və zəngin dilə sahib azərbaycanlılar da dünyanın ən qədim xalqlarından biridir.

“Vahid dil” siyasətinin hökm sürdüyü bir dövrdə (dövlət dilimizin rus dili olması, rəsmi tədbirlərdə, mətbuatda bu dildə çıxışların üstünlüyü və s.) qətiyyətli mövqeyi ilə seçilən Heydər Əliyev öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi.

1969-1982-ci illərdə Azərbaycanına rəhbərlik edən Ulu Öndərin heç kimin cəsarət etmədiyi halda, əksər tədbirlərdə öz dilimizdə çıxış etməsi, 1974-cü ildə ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin hazırlanması, 1978-ci ildə Azərbaycan SSR-in növbəti Konstitusiyasında rus dili ilə yanaşı, Azərbaycan dilinin rəsmi dil statusu əldə etməsi bunun bariz nümunəsidir. Həmin vaxtlarda minlərlə azərbaycanlı gənc Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki ali məktəblərdə təhsil almağa göndərildi. Dilçi alimlərə diqqət və qayğı göstərilməyə başladı, milli dildə kitabların nəşri artırıldı...

AXC-Müsavat hakimiyyəti dövründə ana dilimizə böyük zərbə vuruldu. 1992-ci ilin dekabrında Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul edildi...

Zəngin təcrübəyə, fitri istedada sahib dahi siyasətçi Heydər Əliyev 1993-cü ilin iyunundan, yenidən hakimiyyətə qayıdışı ilə ana dilimizi özümüzə qaytardı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci il iyunun 18-də Ümummilli Lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2 yanvar 2003-cü il tarixdə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res¬publikası Qanununun tətbiq edilməsi barədə Fərman imzaladı. 30 sentyabr 2002-ci ildə Ulu öndər tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ana dilini ürəkdən sevən, onun incəliklərinə dərindən bələd olan, bu dildə danışmağı ilə fəxr edən bənzərsiz natiq Heydər Əliyev ömrünün sonuna qədər xalqının milli dilinə böyük əhəmiyyət verib və onun qayğısına qalıb.

Görkəmli dövlət xadiminin ana dilimizin hərtərəfli inkişafı naminə gördüyü işlərdən, onun şəxsi təşəbbüs və rəhbərliyi ilə həyata keçirilən islahatlardan daha geniş danışmaq olar.

Dahi rəhbərin dil sahəsində başladığı islahatlar bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2004-cü il 27 dekabr və 24 avqust 2007-ci il tarixli sərəncamlarla Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi nəşri, 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, həmin il 14 yanvar tarixli “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamlar və bu sahə üzrə qəbul edilən fərmanlar, gerçəkləşən layihə və geniş tədbirlər yuxarıda səslənən fikirləri bir daha təsdiqləyir.

Eldar KAZIMOV,

YAP Masallı rayon təşkilatının əməkdaş

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

John Doe 3 gün əvvəl

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

John Doe 3 həftə əvvəl

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

John Doe 3 həftə əvvəl

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

John Doe 3 həftə əvvəl

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

John Doe 3 həftə əvvəl

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com