Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib
Mayın 10-da “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Əbədiyyət" adlı musiqi axşamı keçirilib.
AZpresstimes.info xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə hərbi kursantlar, gənclər, müxtəlif sahələrdə çalışan ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, gənclərin hərtərəfli inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı misilsiz roldan bəhs edib. O, qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu və bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi vətənpərvər, intellektual və cəmiyyətə faydalı bir qüvvə kimi formalaşmaqdadır.
Tədbir istedadlı və yaradıcı gənclərin iştirakı ilə bədii proqramla davam edim.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət “Arazbarı” xalq çalğı alətləri ansamblının müşayiəti ilə gənc solistlərin ifasında görkəmli Azəbaycan bəstəkarlarının, eləcə də dillər əzbəri olan xalq mahnılarımız səsləndirilib.
Tədbirin sonunda xatirə fotoşəkli çəkdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.