Türkiyə əsgərləri daha 2 il Somalidə qalacaq
Somalinin təhlükəsizliyinin terror və digər təhdidlərə qarşı təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin xidmət müddəti daha 2 il uzadılıb.
Bu barədə Prezidentin memorandumu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.
Türk Silahlı Qüvvələri 2 il müddətində Somalinin dəniz yurisdiksiya əraziləri də daxil olmaqla iki ölkənin birgə təyin edəcəyi bölgələrdə yerləşdiriləcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Türkiyə Silahlı Qüvvələrinin Somalidəki vəzifə müddətinin daha 2 il uzadılmasını nəzərdə tutan memorandum müzakirə edilib.
Siyasi partiya nümayəndələrinin çıxışlarından sonra keçirilən səsvermədə memorandum qəbul edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.