İsrail “İran əlaltılarının” Olimpiadada terror aktı törətmək cəhdləri barədə xəbərdarlıq edib
İsrailin xarici işlər naziri İsrael Katz fransalı həmkarı Stefan Sejournetə xəbərdarlıq edib ki, İsrail tərəfinin fikrincə, “iranlı əlaltılar” Olimpiada zamanı israilli idmançılara və turistlərə qarşı silsilə terror aktları törətməyə cəhd edə bilərlər.
"Bu narahatlıqlar Oyunlarda iştirak edənlərin hamısının təhlükəsizliyini təmin etmək üçün ortaq öhdəliyimizin vacibliyini vurğulayır", - İsrailli nazir cümə axşamı yaydığı məktubda bildirib.
İyulun 26-dan avqustun 11-dək Fransada Yay Olimpiya Oyunları keçiriləcək.
Həftənin əvvəlində Fransanın xarici işlər naziri qarşıdakı Olimpiya Oyunlarında İsrail nümayəndə heyətinin təhlükəsizliyinə təminat veriləcəyinə əmin olub.
Sejournet jurnalistlərə deyib: “Mən Fransa adından İsrailin bu Olimpiya Oyunlarında nümayəndə heyətinə “xoş gəldin” sözlərini təkrarlamaq istərdim. “İsrail nümayəndə heyətinin təhlükəsizliyini təmin edəcəyik”.
Öz növbəsində Fransanın daxili işlər naziri Gerald Darmanin France 2 telekanalına verdiyi açıqlamada "İsrail nümayəndə heyətinin sutkada 24 saat Fransa polisi tərəfindən tam şəkildə qorunacağını" bildirib.
O, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında yaranmış gərginlik fonunda belə bir tədbirin vacibliyini vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.