İsrail hərbçiləri Qəzzada Rusiya mətbuatının ofisini tamamilə dağıdıb
Şahidlərin sözlərinə görə, İsrail hərbçiləri RT ərəb ofisinin giriş qapısını partladıb və ondan Əl-Şifa xəstəxanasına hücumlar üçün əməliyyat qərargahı kimi istifadə ediblər. Əməliyyat başa çatdıqdan sonra ofis qarət edilib.
Qeyd olunur ki, İsrail hərbçiləri RT ərəb ofisinin giriş qapısını partlayışla dağıdıb və oradan Əl-Şifa xəstəxanasına hücumların koordinasiyası üçün əməliyyat qərargahı kimi istifadə ediblər.
Bir gün əvvəl RT-nin ərəb bürosunun əməkdaşı cari münaqişə başlayandan bəri ilk dəfə olaraq kanalın Qəzza zolağındakı ofisinə yaxınlaşa bilib.
RT Arabic-in rəhbəri Maya Mannanın Telegram kanalında verdiyi məlumata görə, kanalın əməkdaşlarından heç biri xəsarət almayıb, lakin təhlükəsizliklə bağlı narahatlıqlar hələ də qalmaqdadır. Manna vurğulayıb ki, oktyabrın 7-də müharibə başlayandan indiyədək 160 jurnalist öldürülüb ki, bu da istənilən münaqişə üçün rekorddur.
RT Ərəb ofisi Qəzzanın şimalında Əl-Şifa xəstəxanasının yaxınlığında yerləşir. Ötən ilin noyabr ayından RT-nin ərəbdilli redaksiyasının jurnalistləri İsrailin intensiv bombardmanları səbəbindən iş yerlərinə daxil ola bilməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.