Ukrayna Rusiya neftinin Macarıstana tranzitini əngəlləyib
Rusiya neftinin Macarıstana Drujba neft kəməri ilə axını dayandırılıb. Buna səbəb Ukraynanın “Lukoyl”a qarşı sanksiyalarını sərtləşdirməsidir.
Ukraynanın Rusiyanın neft-qaz şirkəti “Lukoyl”a qarşı sanksiyalarını sərtləşdirməsi səbəbindən Rusiya Federasiyasından neft artıq “Drujba” neft kəməri ilə Macarıstana getmir. “Bloomberg”in çərşənbə günü, iyulun 17-də yazdığı kimi, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində Nyu-Yorkda rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.
Ukraynada hüquqi vəziyyət yaranıb, ona görə, “Lukoyl” hazırda Macarıstana tədarük etmir.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, “Lukoyl” və Macarıstanın enerji şirkəti MOL hazırda boru kəməri ilə neft tədarükünü bərpa etmək üçün “birgə hüquqi həll üzərində işləyirlər”.
Rusiya Federasiyası Macarıstana nefti Ukrayna ərazisindən keçən Drujba neft kəmərinin cənub qolu vasitəsilə çatdırırdı. Keçən il Rusiya Federasiyasından Macarıstana neftin həcmi 2022-ci illə müqayisədə 2% azalıb, lakin Budapeşt Rusiyanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, Moskva ilə enerji əlaqələrini gücləndirməyə davam edib, Rusiya təbii qazının tədarükünü artırmaq üçün bir sıra sazişlər imzalayıb.
Kiyev hələ 2018-ci ildə “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib, lakin 2024-cü ilin iyununda, xüsusən də Rusiya şirkətinin məhsullarının Ukrayna ərazisindən tranzitinə qadağa əlavə etməklə onları əhəmiyyətli dərəcədə genişləndirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.