İstanbulda iki təhlükəli PKK terrorçusunu saxlanılıb
İstanbulda cinayət təşkilatı üçün məlumat toplayan PKK terrorçuları “Xəlil” ləqəbli Sadik Topaloğlu və Mehmet Savaş saxlanılıb.
Təhlükəsizlik strukturlarındakı mənbələrdən verilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis Baş İdarəsinin birgə əməliyyatı zamanı qanlı təşkilatın şərikləri saxlanılıb.
Topaloğlunun İraqın Qəndil bölgəsinə qeyri-qanuni yollarla daxil olduğu və orada PKK sıralarında “məlumat toplamaq” üçün təlim keçdiyi bildirilir. İraqda olarkən cinayətkar təşkilatın liderlərindən biri, “Cümə” ləqəbli Cəmil Bayıkla görüşlər keçirib.
MİT Topaloğlu və Savaşın qatil təşkilatın adından maliyyə fəaliyyətləri həyata keçirdiyini və cəbhə şirkətləri vasitəsilə Suriyadakı PKK üzvlərinə material təqdim etdiyini müəyyən edib.
PKK-nın hər iki ortağı həbs edilib və terror təşkilatına yardım etməkdə təqsirli bilinib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin bu qanlı təşkilatın əli ilə həlak olub. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.
Ankaranın mövcud vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, terror təşkilatı PKK 2015-ci ilin iyul ayından yenidən silahlı hücumlara başlayıb. Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.