Moldova Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
Moldovanın Moldelectrica şirkəti anomal istilər səbəbindən Ukraynaya elektrik enerjisinin verilməsini müvəqqəti dayandırıb.
Bildirilir ki, tədarükün dayandırılması iyulun 21-dək qüvvədə olacaq. Şirkətin izah etdiyi kimi, bu qərar Moldovanın özündə anomal istilər səbəbindən baş verən elektrik enerjisi istehlakının artması ilə əlaqədar qəbul edilib. Bundan əlavə, istilik də keçiricilərin həddindən artıq istiləşməsinə və ötürmə qabiliyyətinin azalmasına səbəb olur.
Moldelectrica bildirir ki, milli elektrik sisteminin imkanları məhduddur. Belə ki, iyulun 12-dən iyulun 21-dək olan müddətdə Moldova və Ukrayna sərhədində kommersiya birjalarının gücü hər iki istiqamətdə 0 meqavatla məhdudlaşdırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.