Ermənistanda “Qartal tərəfdaşı 2024” adlı erməni-amerikan birgə təlimləri keçirilib
İyulun 15-də ER Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Qartal tərəfdaşı 2024” erməni-amerikan birgə təliminin başlanması elan edilib.
Təlimin açılış mərasimində Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn və başqaları iştirak ediblər.
Ermənistan və ABŞ-nin dövlət himnləri və “Qartal tərəfdaşı” təlimlərinin himni səsləndirilib. ER Müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuinn təlimlərdə iştirak edən hərbi qulluqçulara salamlama nitqi ilə müraciət ediblər.
Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışında xüsusilə qeyd edib:
“Mən ABŞ ordusunun Avropa və Afrikadakı hərbçilərinin, Ermənistanın iyirmi ildən artıq tərəfdaşı olan Kanzas Milli Qvardiyasının, ER Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçilərinin, ABŞ nümayəndələrinin əməyini yüksək qiymətləndirirəm.
Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.