Donald Tramp sui-qəsd cəhdindən sonra amerikalıları birliyə çağırıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sonra amerikalıları birliyə çağırıb.
Ağ Evin keçmiş rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb: “Bizim bir yerdə qalmaq, əsl Amerika xarakterimizi göstərmək, güclü və qətiyyətli qalmaq və şərin qalib gəlməsinə imkan verməmək həmişəkindən daha vacibdir”.
Siyasətçi mitinqdə ona qarşı sui-qəsddən sonra dəstəyə görə hər kəsə təşəkkür edib. “Yalnız Allah ağlasığmaz şeylərin qarşısını ala bilər. Biz qorxmayacağıq, əksinə imanımızda sabit qalacağıq və şər qarşısında meydan oxuyacağıq”, - Tramp bildirib.
Ağ Evin keçmiş rəhbəri qeyd edib ki, o, yaralıların tezliklə sağalması üçün dua edəcək və mərhum vətəndaşın xatirəsini ürəyində yaşadacaq. Tramp əlavə edib ki, bu həftə Viskonsin ştatında tərəfdarları ilə görüşü səbirsizliklə gözləyir.
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada seçkiqabağı mitinqində çıxışı zamanı silah səsləri eşidilib.
Sui-qəsd anı videoya düşüb. Səsyazmalardan birində siyasətçinin səhnədə necə danışdığı, daha sonra isə atəş səsləri eşitdiyi, onun qulağını tutaraq podiumun arxasında gizlənməyə başladığı göstərilir. Bu anda arxa planda qışqırıqlar və çaxnaşma var.
Atışma başlayandan dərhal sonra mühafizəçilər siyasətçinin yanına gələrək onu aparıblar. Ayrılmadan əvvəl Ağ Evin keçmiş rəhbəri əlini yumruq kimi yellədi. Video görüntülərdə Trampın sağ qulağının qanlı olduğu görünür.
Daha sonra Trampın müdafiəsinə cavabdeh olan Məxfi Xidmətin bəyanatı yayılıb. Bildirilib ki, hücum edən şəxs “mitinq meydançasının kənarındakı yüksək ərazidən” səhnəyə doğru bir neçə atəş açıb.
“Ölkəmizdə belə bir hadisənin baş verdiyinə inanmaq çətindir”, - Tramp “Truth” sosial şəbəkəsində yazıb, Məxfi Xidmətə və təhlükəsizliyə çevik reaksiyalarına görə təşəkkür edib və hadisə zamanı həlak olanların yaxınlarına başsağlığı verib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatının Butler kəndində seçki kampaniyası zamanı baş verən atışmanı Donald Trampı öldürməyə cəhd adlandırıb.
FTB-nin xüsusi agenti Kevin Rojek mətbuat konfransında deyib ki, səlahiyyətlilər "bunu edən şəxsi və bunun nə üçün edildiyinə dair hər hansı motivi müəyyən etməyə çalışırlar". O əlavə edib ki, FTB məlumatı dəqiqləşdirən kimi açıqlama verəcək. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
FTB ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyatına sui-qəsdin 20 yaşlı Tomas Metyu Kruks tərəfindən törədildiyini bildirib. O, hadisə yerində zərərsizləşdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.