NATO Ukraynaya 40 milyard avro dəyərində hərbi yardım edəcək
NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya bir il ərzində 40 milyard avro məbləğində hərbi yardım göstərilməsinə qərar verilib.
Bu barədə Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçılarının iyulun 10-da yaydıqları bəyanatda deyilir.
Bildirilir ki, bu məbləğdə 2024-cü il yanvarın 1-dən ayrılan vəsait nəzərə alınacaq. Almaniya artıq bu il Kiyevə 8 milyard avro dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürüb.
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, sammitdə bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gəlsə belə, Ukraynaya yardım göstərilməsinə zəmanət verilməsi planı da razılaşdırılıb.
Bu plan çərçivəsində NATO-nun Ukraynaya silah tədarükü, eləcə də Ukrayna əsgərlərinin Avropada təlimi bundan sonra alyansın Almaniyanın Visbaden şəhərində yerləşən qərargahı vasitəsilə 40-ı alman olmaqla 700 əməkdaşın iştirakı ilə əlaqələndiriləcək.
İndiyədək ABŞ Ukraynaya yardımın koordinasiyasına cavabdeh olub. Bunun üçün 2022-ci ilin sonunda ABŞ Silahlı Qüvvələri Komandanlığının qərargahında Təhlükəsizliyə Yardım Qrupu-Ukrayna adlı 300 hərbçidən ibarət birlik yaradılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.