ABŞ Rusiya ilə müharibənin qaçılmaz olduğunu elan edib
ABŞ və Rusiya müharibənin bir addımlığındadır.
Müvafiq bəyanatla MKİ-nin keçmiş analitiki Larri Conson Judging Freedom YouTube kanalında çıxış edib.
“Biz müharibəyə bir addım qalmışıq. Artıq Rusiyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salacağı barədə də danışılır”. Onun fikrincə, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmağa borcludur. Təhlilçi qeyd edib ki, nüvə güclərinin bir-biri ilə vuruşmaması üçün hər şey edilməlidir.
Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Lin Treysi demişdi ki, Rusiya Ukraynanın ABŞ və bir sıra Avropa ölkələri ilə münaqişənin sonunda təhlükəsizliklə bağlı razılaşmasını nəzərə almalıdır.
Amerika səfiri iddia edir ki, ABŞ və Avropa Birliyi ölkələrindən Ukraynaya dəstəyin artması, eləcə də tərəflər arasında yeni razılaşmalar Rusiyanı mövcud münaqişəyə son qoymağa çalışarkən yeni reallıqları nəzərə almağa məcbur etməlidir.
Bundan əvvəl ABŞ anti-Rusiya sanksiyalarına dəyişikliklər edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.