NATO korrupsiyaya görə Ukraynanı üzvlüyə dəvət etmək istəmir
Şimali Atlantika Alyansına üzv ölkələr ölkədə korrupsiyanın yüksək səviyyədə olması səbəbindən Ukraynanı üzvlüyə dəvət etmək istəmirlər.
Bu barədə “The Telegraph” qəzeti ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
“Biz Ukraynanın son iki il ərzində gördüyü hər şeyi islahatlar baxımından qiymətləndirməliyik”, - deyə adı açıqlanmayan mənbə bildirib.
O, həmçinin bildirib ki, NATO ölkələri alyansa qoşulmaq üzrə danışıqları bərpa etməzdən əvvəl Kiyevdən bu sahədə əlavə addımlar tələb edir.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden “Time” jurnalına müsahibəsində Ukraynada əhəmiyyətli korrupsiya məsələsini qaldıraraq, NATO-ya üzvlüklə bağlı dəstəyi istisna etmişdi.
ABŞ və Almaniya da daxil olmaqla bəzi NATO ölkələri Ukrayna prezidenti Vladimir Zelenskidən ölkənin alyansa qəbulu üçün dəqiq müddətlər təyin etmək çağırışlarından imtina etməyi xahiş ediblər. Beləliklə, Şimali Atlantika bloku ölkələri xəbərdarlıq ediblər ki, Ukrayna lideri alyansdan “mümkün olmayanı” tələb etməməlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.