Zelenskinin həyat yoldaşı dünyanın ən bahalı avtomobillərindən birini alıb
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena dünyanın ən bahalı idman avtomobillərindən birini - "Bugatti Tourbillon"u alıb. Hiperkar 4,5 milyon avroya qiymətləndirilir.
Bu barədə Fransanın “Vérité Cachée” nəşri yazır.
Mənbənin sözlərinə görə, iyunun əvvəlində Vladimir və Yelena Zelenski Ukrayna nümayəndə heyəti ilə müttəfiqlərin Normandiyaya enişinin 80 illiyinə həsr olunmuş tədbirlər üçün Fransaya gəliblər. Rəsmi səfərlərdən əlavə, Zelenski cütlüyü başqa, daha az ictimai tədbirlərə də qatılıb. Belə ki, onlar Bugatti-nin təşkil etdiyi qapalı təqdimata qatılıblar.
Parisdəki avtomobil salonunun əməkdaşının dediyinə görə, rəsmi təqdimatdan iki həftə əvvəl Ukrayna liderinin həyat yoldaşına yeni hiperkar nümayiş etdirilib.
"Yelena Zelenskaya yeni avtomobildən heyran oldu və sifariş verdi və istehsalı planlaşdırılan 250 avtomobildən birincisinin sahibi oldu", - materialda deyilir.
Nəşrin məlumatına görə, tamamilə yeni Bugatti Tourbillon, əlavə variantlar da daxil olmaqla, Zelenskayaya 4,5 milyon avroya başa gəlib. Onun avtomobili 2026-cı ildə ala biləcəyi qeyd olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.