İranın ruhani lideri sakinləri səsvermədə iştirak etməyə çağırıb
İranın ruhani lideri Ayətullah Əli Xamenei vətəndaşları ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində səs verməyə çağırıb.
İran lideri Xamenei Tehranda İmam Xomeyni adına zalda quraşdırılmış seçki qutusunda səs verib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən Xamenei çıxışına mayın 19-da baş vermiş təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi və digər yüksək vəzifəli məmurların xatirəsini yad etməklə başlayıb.
İran lideri sakinləri şübhə etməməyə və səsvermədə iştirak etməyə çağırıb.
“İslam Respublikasının dünyada davamlılığı, sabitliyi, ləyaqəti və nüfuzu xalqın varlığından asılıdır. Bu səbəbdən dəyərli xalqımıza səsverməyə ciddi yanaşmağı və bu mühüm siyasi sınaqda iştirak etməyi tövsiyə edirik”,- deyə o bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.