Litva vətəndaşlarının Belarusa səyahətini qadağan edilir
Litvanın Nazirlər Kabineti məxfi məlumatlarla işləyən vətəndaşların Belarus, Rusiya və Çinə səfərini qadağan etmək niyyətində olduğunu bildirib.
“Bu yolla biz məxfi məlumatlarla işləmək hüququ və ya onlarla tanış olmaq hüququ olan dövlət işçilərini dost olmayan ölkələrin kəşfiyyat xidmətlərinin onlara qarşı yönəlmiş hərəkətlərindən qorumağa çalışırıq”, – Litva Müdafiə Nazirliyi qeyd edib.
Məsələ məxfi məlumatlara çıxışı olan litvalıları işə götürmək cəhdləri ilə bağlı kəşfiyyatın xəbərdarlıqlarından sonra qaldırılıb.
İlkin məlumatlara görə, məhdudiyyətlər təxminən 56 min insanı əhatə edə bilər. Əvvəllər oxşar qadağa Litva hərbi qulluqçuları üçün də tətbiq edilmişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.