NATO-nun yeni baş katibi kim olacaq?
NATO-nun 32 ölkəsinin səfirləri Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında Hollandiyanın baş naziri Mark Ruttenin növbəti beş il üçün alyansın baş katibi vəzifəsinə namizədliyini təsdiqləyib.
O, oktyabr ayından norveçli Yens Stoltenberqi əvəzləyərək vəzifəsinin icrasına başlayacaq.
Artıq Rutteni vəzifəsini başa vurmaqda olan NATO baş katibi Stoltenberq və Avropa Komissiyasının (AK) rəhbəri təbrik edib. Yeri gəlmişkən, Ursula fon der Leyen cümə axşamı yenidən təyin olunmasını gözləyir. Məmur AK rəhbəri kimi ikinci müddətə başlayacaq.
Hələ rəsmi olaraq təyin edilməməsinə baxmayaraq, Rutteyə təbrikində fon der Leyen “Aİ-NATO əlaqələrini daha da gücləndirmək üçün onunla işləmək niyyətində olduğunu” yazıb.
Amma norveçli Stoltenberq 10 il NATO-nun baş katibi olub ki, bu da bu vəzifə üçün rekorddur.
O, 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk edə bilərdi, lakin 2022-ci ilin martında alyans ölkələrinin liderləri sammit zamanı Stoltenberqin mandatını 30 sentyabr 2023-cü ilə qədər, sonra isə daha bir il uzatmaq qərarına gəliblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.