Assanj casusluq qanunlarını pozmaqda təqsirli bilinir
WikiLeaks-in qurucusu Julian Assanj Amerika ədaləti ilə razılaşmanın bir hissəsi olaraq "Casusluq Aktını pozmaqda" təqsirli bilinib.
Assanj işi üzrə dinləmə Saipan adasındakı Dairə Məhkəməsində baş tutub.
Dairə hakimi Ramona Manglonanın bir sıra suallarına cavab olaraq, Assanj ABŞ ilə əldə edilmiş razılaşmaya əsasən "Casusluq Aktını pozmaq" ittihamlarını boynuna aldı.
Razılaşmaya əsasən Assanj "Wikileaks"in təqdim etdiyi bütün sənədləri də məhv etməlidir.
Razılaşmanın bir hissəsi olaraq, "WikiLeaks"in qurucusu 62 aylıq həbs cəzasına məhkum edilməli idi, lakin Britaniya həbsxanasında keçirdiyi 5 ilin tanınması üçün Avstraliyaya getməsinə icazə verildi.
Bundan əvvəl Assanj Londondakı Belmarş ciddi rejimli həbsxananı tərk edərək Saypan adasına gedib.
Culian Assanj avstraliyalı jurnalist və teleaparıcı, "WikiLeaks" saytının yaradıcısıdır.
2010-cu il oktyabrın 28-də WikiLeaks ABŞ-nin İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən 251 min gizli sənəd dərc edib.
11 aprel 2019-cu ildə Assanj Britaniya polisi tərəfindən həbs edilib və 2012-ci ilin iyun ayından gizləndiyi Ekvadorun Londondakı səfirliyindən çıxarılıb.
2021-ci il dekabrın 10-da Ali Məhkəmə Assanjın ABŞ-yə ekstradisiya oluna biləcəyinə qərar verib.
Westminster Magistrates Məhkəməsi 20 aprel 2022-ci ildə ekstradisiya qərarı verdikdən sonra o zamankı daxili işlər naziri Priti Patel 17 iyun 2022-ci ildə Assanjın ABŞ-yə ekstradisiyasını təsdiqlədi.
Assanjın vəkilləri də 1 iyul 2022-ci il tarixli qərardan Ali Məhkəməyə şikayət verib. Fevralın 20-21-də Ali Məhkəmədə Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı dinləmələr keçirilib.
Martın 26-da məhkəmə Assanjın ABŞ-yə təhvil verilməyəcəyinə dair qərar çıxarıb ki, bu ölkə müəyyən zəmanətlər verməsə.
Assanjın vəkilləri və tərəfdarları bildiriblər ki, Assanj ABŞ-yə ekstradisiya edilərsə, onu 175 ilə qədər həbs gözləyir, Amerika tərəfi isə 4 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.