Putin Ərdoğandan mesaj alıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
İyulun əvvəlində Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Tədbirin kənarında liderlərin görüşü baş tuta bilər. Danışıqların gündəliyinə Ukraynadakı vəziyyət, həmçinin Türkiyədə qaz qovşağının tikintisi daxil ola bilər.
“Yaxın günlərdə, yəqin ki, cənab prezident Qazaxıstanda cənab Putinin özü ilə görüşəcək”, - deyə Fidan bildirib.
Nazir qeyd edib ki, Ərdoğanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mesajı Putinə çatdırılıb. Onun sözlərinə görə, Ankara Rusiya prezidentinin münaqişənin sülh yolu ilə həlli üçün şərtləri dərc etməsini vacib sayır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.