“Ulu Öndər hər addımımda” foto-müsabiqə
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində “Ulu Öndər hər addımımda” adlı foto-müsabiqəyə start verilib.
Ölkə üzrə həyata keçirilən “Ulu Öndər hər addımımda” adlı foto-müsabiqədə iştirak etmək istəyən gənclər gündəlik həyatlarında rastlaşdıqları Ulu Öndərin fəaliyyətinin bilavasitə nəticəsi olan və fərqli sahələri əks etdirən fotolar çəkərək sosial mediada paylaşım edəcəklər. Müsabiqənin təşkilində məqsəd Ümummilli Liderin ölkə quruculuğu sahəsində aparmış olduğu işlərin və onların nəticəsinin könüllülər arasında daha geniş şəkildə təbliğ olunmasıdır.
2018-ci ildən etibarən həyata keçirilən Könüllülük Həftəsi çərçivəsində baş tutan layihə və tədbirlər 2023-cü ildə daha fərqli formatda həyata keçirilməkdədir. Buna səbəb ildən-ilə ölkə rəhbərliyi tərəfindən könüllülük hərakatının inkişafına daha geniş imkanların yaradılmasıdır.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.