Professor casusluqda təqsirli bilinib
Estoniyada Tartu Universitetinin keçmiş professoru Vyaçeslav Morozov “respublika əleyhinə fəaliyyətə” görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Delfi” məlumat yayıb.
İttiham tərəfinin sözlərinə görə, Morozov Estoniyada daxili siyasət, müdafiə, təhlükəsizlik və əlaqəli insanlar və infrastruktur haqqında məlumat toplayıb. Bundan əlavə, o, Rusiya xüsusi xidmət orqanlarına respublikadakı siyasi vəziyyət, onun müttəfiqlik əlaqələri və inteqrasiya prosesləri haqqında məlumatlar ötürürdü. Qeyd olunur ki, Morozovun fəaliyyəti uzunmüddətli olub və bunun üçün pul alıb. Məlumatın ötürülməsi mütəmadi olaraq səyahət etdiyi Rusiya Federasiyasında kuratorla görüşlər zamanı həyata keçirilib.
"Harju Dairə Məhkəməsi Morozovu xarici ölkənin maraqları və kəşfiyyatının göstərişləri ilə Estoniyaya qarşı hərəkət etməkdə təqsirli bilib və onu altı il üç ay müddətinə faktiki həbs cəzasına məhkum edib", - mətndə deyilir.
Professorun həbs müddəti həbs olunduğu gündən — 2024-cü il yanvarın 3-dən başlayır.
Xatırladaq ki, Morozov Rusiya vətəndaşıdır. 2010-cu ildən onun Estoniyada yaşayış icazəsi var; mövcud yaşayış icazəsi 2026-cı ilə qədər etibarlıdır. Tartu Universitetində beynəlxalq siyasət nəzəriyyəsindən dərs deyirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.