Hümbət Quliyev:
İşıq və qaranlıq
(pritça)
Bir gün bala işıq, ana işıqdan soruşur ki, ana, insanlar qaranlıq haqda danışırlar, o nə olan şeydir?
Ana işıq cavab verir:- bala, qaranlıq insanların uydurmasıdır, qaranlıq adında nə şey var, nə də ki, yer.
Mən də çox eşitmişəm ki, hardasa qaranlıq var. Mən də o qaranlığı görmək üçün deyilən yerlərə dəfələrlə getmişəm, amma qaranlıq adında şey görməmişəm. Hara getmişəmsə, elə bizdən olan işıq görmüşəm.
İnsanlar cəfəng düşünməyi sevirlər.
Məsələn, mənim sevgi adlı dostum var, insanlar ona da deyiblər ki, haradasa nifrət deyilən şey var. O, nifrəti görmək üçün çox yerlərdə olub, amma heç yerdə nifrətə rast gəlməyib, hara gəlibsə, orada elə sevgi də görüb.
Əziz işıqlı balam, sən də insanların uydurmasına inanma, yadında da saxla ki, özi ilə işıq və sevgi aparan hər kəs, heç vaxt qaranlıq və nifrət görməyəcək.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.