Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 14 zəvvar dünyasını dəyişib
Səudiyyə Ərəbistanında müsəlmanların illik Həcc ziyarəti zamanı 14 nəfər ölüb.
“Səudiyyə Ərəbistanında illik müsəlman həcc ziyarəti zamanı 14 iordaniyalı həlak olub, bəziləri isti vurması nəticəsində ölüb, daha 17 nəfər isə itkin düşüb”, – İordaniya Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edildiyi kimi, bu ölümlərdən ən azı altısı istiliklə bağlıdır. Eyni zamanda, proqnozlara görə, iyunun 17-də Məkkədə havanın temperaturu +47 dərəcəyə çatacaq.
Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsinin məlumatına görə, iyunun 19-da başa çatacaq həcc mərasimi dünyanın ən böyük ictimai tədbirlərindən biridir və bu il 1,8 milyondan çox zəvvarın iştirak edəcəyi gözlənilir.
Son 30 ildə Səudiyyə Ərəbistanında yüzlərlə zəvvar dünyasını dəyişib. Ölümə səbəb əzilmə, çadırda yanğın, istilik və digər amillər olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.