Zelenski Putinin “sülh təklifinə” reaksiya verdi
Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına dair təklifləri Rusiya liderinin əvvəlki oxşar təşəbbüslərindən heç də fərqlənmir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın Sky TG24 telekanalına müsahibəsində deyib.
"Putinin "şərtləri" ultimatumlardır, onun əvvəllər qoyduğu digər ultimatumlardan heç bir fərqi yoxdur", - Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Rusiya prezidentinin atəşkəs tələbləri yerinə yetirilsə belə, Rusiya hərbi hücumunu dayandırmayacaq. "Bu, Hitlerin "Mənə Çexoslovakiyanın bir hissəsini verin, bunun sonu olacaq" dediyi şeydir bütün Avropanın işğalı” dedi.
Bu gün səhər saatlarında Vladimir Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyedən qoşunlarını çıxaran və NATO-ya daxil olmaq planlarından əl çəkən kimi Rusiya Federasiyası danışıqlara hazır olacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.