Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb
Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Bu barədə “Armenpress” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə nə o, nə də başqa erməni rəsmisinin Belarusa səfər etməyəcəyini bildirib.
“Mən bəyan edirəm ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcəyəm. Mən bəyan edirəm ki, Belarusa bir dənə də olsun rəsmi səfər etməyəcək”.
Paşinyan qeyd edib ki, “Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, nəzəri cəhətdən KTMT ətrafında vəziyyət dəyişə bilər”.
Ermənistanın baş naziri xatırladıb ki, KTMT dövlət başçılarından biri Azərbaycana qələbə arzuladığını bəyan edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.