Husilər İsrailə gedən gəmiyə hücum ediblər
Yəmənin İranın dəstəklədiyi Ənsarullah hərəkatının (Husilər) üsyançıları İsrailə gedən gəmiyə hücum etdiklərini bildiriblər.
Bu barədə yerli telekanala Husi ordusunun sözçüsü Yəhya Sariya məlumat verib.
O, “Tutor” adlı gəmiyə hücumun İHA və ballistik raketlə edildiyini açıqlayıb.
Onun sözlərinə görə, gəmiyə ciddi ziyan dəyib.
Seri gəminin İsrail limanlarına girişi qadağan edən qərarı pozduğuna görə vurulduğunu bildirib.
İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq Yəmənin Ənsarullah (Husi) üsyançılarının kommersiya gəmiçiliyinə qarşı son hücumlarına cavab olaraq bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki əməliyyatlarını dayandırmaq qərarına gəlib.
6 dekabr 2023-cü ildə Pentaqon Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumlarına qarşı durmaq üçün beynəlxalq “Dəniz İşçi Qrupu”nun yaradılması ilə bağlı danışıqlar apardığını elan etdi.
18 dekabr 2023-cü il tarixində Pentaqon Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün çoxmillətli Birgə Dəniz Qüvvələrinin himayəsi altında Prosperity Guardian əməliyyatına başladığını elan edib.
Husilərin hücumları Aralıq dənizi ilə Qırmızı dənizləri birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalından keçidi təhdid edir. Bütün dünya ticarətinin təxminən 12 faizi bu marşrutla həyata keçirilir. Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar və sonrakı korporativ qərarlar qlobal iqtisadiyyatın yeni “təchizat zənciri böhranı” ilə üzləşə biləcəyi qorxusunu artırır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.