Olimpiada ərəfəsində minlərlə miqrant Parisdən qovulub
Parisdə keçiriləcək Olimpiadanı tənqid edən bir qrup fransız xeyriyyə təşkilatı Oyunların təşkilatçılarını və Emmanuel Makron hökumətini paytaxtda “sosial təmizləmə” aparmaqda ittiham edib.
Dünən dərc edilən hesabatda polisin minlərlə evsiz insana, miqrantlara qarşı hərəkətləri vurğulanır.
Müəlliflər qəzəbləniblər ki, Oyunların təşkilat komitəsi və Paris hakimiyyəti indiyədək Olimpiadaya ev sahibliyi edən digər şəhərlərdən ən yaraşmayan üsul və təcrübələri mənimsəyiblər.
2024-cü ilin əvvəlindən Fransa paytaxtında artıq qaçqın düşərgələrini təmizləmək üçün 26 xüsusi əməliyyat həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, bütün 2022-ci ildə 30-a yaxın analoji tədbir keçirilib.
Parisdə Yay Olimpiya Oyunları iyulun 26-da açılmalıdır və tənqidçilər hakimiyyətin şəhəri təmizləmək üçün getdikcə daha sərt davranacağından qorxurlar.
Ümumilikdə, son 12 ayda qrupun məlumatına görə, təxminən 12,5 min insan Parisdən kənara göndərilib - həm səlahiyyətlilərin nəzarəti altında olan qeyri-qanuni immiqrantlar, həm də Fransada qalmaq hüququ olan, lakin rəsmi yaşayış yeri olmayan miqrantlar .
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.