Makron: İndi Fələstini tanımaq üçün "doğru zaman deyil"
Fransa prezidenti Emmanuel Makron bildirib ki, indi Fələstin dövlətini tanımaq üçün "doğru zaman deyil".
Dövlət başçısı TF1 və France 2 telekanallarına müsahibəsində deyib: “İndi Fələstini tanımaq üçün doğru zaman deyil.
Eyni zamanda Makron Fələstinin tanınmasının tabu olmadığını vurğulayıb. Prezident xatırladıb ki, Paris ardıcıl olaraq İsrail-Fələstin münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır.
Makronun sözlərinə görə, vəziyyət hələ stabilləşməyib və Fələstin rəhbərliyi islahatlar aparmalıdır. “Fransa Fələstini dövlət regionda hər kəs üçün sülh və təhlükəsizliyi təmin edəcək bir elementə çevrildikdə tanıyacaq”, - Makron yekunlaşdırıb.
Fransa 4,5 min ukraynalı hərbçiyə təlim keçəcək
Fransa lideri Parisin Ukrayna Silahlı Qüvvələrinin 4,5 min əsgərinə təlim keçmək planlarını da açıqlayıb.
Makron Fransa istehsalı olan “Mirage 2000” hərbi təyyarələrinin Ukraynaya veriləcəyini və bu ilin yayında ukraynalı pilotların Fransada təliminə başlanacağını bildirib.
Eyni zamanda, Fransa prezidenti Ukraynaya nə qədər hərbi təyyarənin veriləcəyini dəqiqləşdirməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.