BMT Baş Assambleyası gürcü qaçqınları ilə bağlı qətnamə qəbul edib
BMT Baş Assambleyasının 78-ci sessiyasında “Abxaziyadan, Gürcüstandan və Gürcüstanın Sxinvali regionundan/Cənubi Osetiyadan olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnamə qəbul edilib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qətnamənin təşəbbüskarı Gürcüstan və digər 63 ölkədir.
Məlumata görə, qətnaməni 103 ştat dəstəkləyib, 9-u əleyhinə səs verib, daha 52 dövlət isə səsvermədə bitərəf qalıb.
Qətnamənin əleyhinə Rusiya, Belarus, Şimali Koreya, Suriya, Zimbabve, Nikaraqua, Mali, Kuba və Burundi çıxış edib.
Çin, İsrail və İran səsvermədə bitərəf qalıb.
BMT Baş Assambleyası 17-ci dəfədir ki, bütün qaçqın və məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qayıtmaq hüququnu tanıyan qətnamə qəbul edib. Gürcüstan bu qətnaməni 2008-ci ildən BMT Baş Assambleyasında təqdim edir.
Qətnamədə Gürcüstanın Rusiya tərəfindən ilhaq edilmiş bölgələrində aparılan demoqrafik dəyişikliklər pislənir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.