ABŞ Gürcüstandakı etirazlara qarışmadığını bəyan edib
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ Gürcüstanda Xarici Təsirlərin Şəffaflığı Aktının qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir.
O, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Qərbin oktyabr ayına qədər Gürcüstanda yeni Maydan həyata keçirə biləcəyi ilə bağlı bəyanatını belə şərh edib.
Millerin sözlərinə görə, Gürcüstanda keçirilən etiraz aksiyaları ABŞ-ın heç bir ortaqlığı olmayan gürcü xalqının öz iradəsinin ifadəsidir.
Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Hakimiyyətin qərarı paytaxtda kütləvi etirazlara səbəb oldu;
Mayın 8-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bəyan edib ki, xarici dövlətlər xarici agentlər haqqında qanuna etiraz aksiyalarında təxribatları dəstəkləyir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.