İsrail nümayəndə heyəti Qəzzada atəşkəs danışıqları aparmaq üçün Qahirəyə gedib
İsrail nümayəndə heyəti blokada altındakı Qəzza zolağında atəşkəs və Fələstinin Həmas hərəkatı ilə əsirlərin mübadiləsinə dair saziş layihəsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.
Livanın “Əl-Əxbar” qəzetinin Misir mənbələrinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı nümayəndələr atəşkəs və məhbusların azad edilməsi ilə bağlı son təkliflə bağlı İsrailin mövqeyini açıqlayacaqlar.
ABŞ-nin İsrailə təzyiqi və regional səviyyədə diplomatik səyləri nəzərə alınmaqla, razılaşma gələn həftənin əvvəlində qüvvəyə minə bilər.
Bununla belə, eyni mənbələr Misir hakimiyyətinin “İsrail hökumətinin bəzi məhbusların qaytarılmasından sonra atəşkəsə əməl etməyəcəyi” ilə bağlı narahatlığını qeyd edir.
ABŞ prezidenti Co Bayden mayın 31-də Qəzza zolağında həyata keçirilməsi üç mərhələdə baş tutmalı olan atəşkəs üçün yeni təklif təqdim edib.
Onun birinci hissəsində altı həftəlik atəşkəs, İsrail qoşunlarının Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən çıxarılması, həmçinin bəzi məhbusların azad edilməsi nəzərdə tutulur.
İkinci mərhələ çərçivəsində Həmas və İsrail hakimiyyəti daimi atəşkəsə keçidlə bağlı danışıqlara başlamalıdır. Sağ qalan bütün girovlar, o cümlədən hərbi qulluqçular dəyişdiriləcək.
Əgər tərəflər bütün məqamlarda razılığa gəlsələr və döyüşlər tamamilə dayandırılsa, o zaman üçüncü mərhələ çərçivəsində Qəzzanın bərpası və ölən məhbusların qalıqlarının ailələrinə qaytarılması mövzusunun müzakirəsi başlayacaq.
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Təl-Əvivin təklif etdiyi ilə Ağ Ev rəhbərinin səsləndirdiyi fikirlər arasında “boşluqlar” var.
Həmas Tel-Əvivin ABŞ prezidenti Co Baydenin “daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılması, yenidən qurulması və əsirlərin mübadiləsi” ilə bağlı səsləndirdiyi təkliflərini müsbət qiymətləndirdiyini bildirib.
Bu arada Qahirə İsrail Qəzza-Misir sərhədi bölgələrindən çəkilənə qədər Rəfah keçidini açmaqdan imtina edir.
Misir televiziyasının yüksək vəzifəli mənbələrə istinadən verdiyi məlumata görə, iyunun 2-də Qahirədə ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü baş tutub. Daha sonra Misir rəsmiləri Rəfah keçid məntəqəsinin açılmasının şərtinin İsrail qoşunlarının sərhəddən məcburi şəkildə çıxarılması olduğunu bildiriblər.
Mayın 6-da soyqırımda ittiham olunan İsrail ordusu Rəfahın şərqində bir sıra məhəllələrin boşaldılmasını tələb edib. Mayın 7-də İsrail ordusu Misirlə sərhəddə yerləşən eyniadlı keçid məntəqəsinin Fələstin hissəsinə nəzarətin yaradılmasını elan edərək, Rəfaha qurudan hücuma keçib. Qəzza zolağının dünyaya yeganə “pəncərəsi” olan Rəfah keçid məntəqəsi mayın 7-dən bağlı qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.