NATO və ABŞ Ukraynaya hərbi müşavir göndərməyəcək
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və ABŞ hazırda Ukraynaya hərbi müşavirlər göndərməyi düşünmür.
Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit danışıb.
“Beləliklə, məsləhətçilər. Bu, hazırda alyansda müzakirə olunmur”, - Smit bildirib. O əlavə edib ki, hərbi müşavirlərin göndərilməsi qərarı NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən dəstəklənmir.
Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı fransalı hərbi təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı açıqlama verə bilər. Bəzi Aİ tərəfdaşlarının Rusiya ilə birbaşa münaqişə riskini artıra biləcəyinə dair narahatlıqlarına baxmayaraq, Paris bu cür yardım göstərmək üçün ölkələrin koalisiyasını yaratmağı düşünür.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.